Modern.az

Çin və ABŞ razılaşdı - Ticarət və investisiya şurası yaradacaqlar

Çin və ABŞ razılaşdı - Ticarət və investisiya şurası yaradacaqlar

Dünya

Bu gün, 21:41

Çin və ABŞ ticarət və investisiya şuraları yaratmaq barədə razılığa gəliblər.

Modern.az xəbr verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

"Tərəflər müvafiq ticarət və investisiya məsələlərini müzakirə etmək üçün ticarət və investisiya şurası yaratmaq barədə razılığa gəliblər. Ticarət şurası çərçivəsində tərəflər müəyyən mallara tariflərin azaldılması kimi məsələləri müzakirə edəcəklər", - deyə bəyanatda bildirilir.

Həmçinin qeyd olunur ki, tərəflər qarşılıqlı maraq doğuran mallara tarifləri azaltmaq barədə prinsipcə razılığa gəliblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?