Modern.az

Müəllimlərin sertifikatlaşdırılması imtahanının vaxtı açıqlandı

Müəllimlərin sertifikatlaşdırılması imtahanının vaxtı açıqlandı

Təhsil

Bu gün, 19:51

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:

//youtu.be/lpLKFasQtm4

Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?