İyul ayında Ankarada keçiriləcək NATO sammitində alyansın gələcəyi və qlobal təhlükəsizlik arxitekturası ilə bağlı mühüm qərarların qəbul olunacağı gözlənilir.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, 7-8 iyul tarixlərində Ankarada keçiriləcək "NATO Summit 2026" alyans üçün xüsusi əhəmiyyət daşıyır:
“Bölgədə və dünyada baş verən son hadisələr sammitin əhəmiyyətini daha da artırıb", – deyə Türkiyə lideri bildirib.
Ərdoğan qeyd edib ki, NATO-nun hazırkı rolu əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə dəyişib:
"Müasir dövrdə təhdidlər daha mürəkkəb, risklər daha müxtəlif, qlobal sistem isə daha həssasdır. Alyans daxilində ədalətli yük bölgüsü, real əməkdaşlıq və ortaq təhlükəsizlik anlayışı NATO-nun gələcəyi baxımından vacibdir".
Ərdoğan əlavə edib ki, Türkiyə NATO-nun mövcud təhdidlərə qarşı daha hazırlıqlı və qətiyyətli olması üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə hazırdır.