Modern.az

İsrail Livanda əməliyyat keçirdi

İsrail Livanda əməliyyat keçirdi

Dünya

16 May 2026, 21:26

İsrail ordusu Livan ərazisində fəaliyyət göstərən "Hizbullah" hədəflərinə qarşı yeni hava zərbələri endirib.

Modern.az xəbər verir ki, bu barədə "Israel Defense Forces"-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hücumlar "Hizbullah"-a məxsus cənubi Livan bölgəsində yerləşən bir sıra infrastruktur obyektlərini hədəf alıb.

Məlumata görə, əməliyyatların məqsədi təşkilatın bölgədəki hərbi imkanlarını zəiflətməkdir. Zərbələrin nəticələri ilə bağlı əlavə detallar açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!