Modern.az

Lökbatanda kitabxanadan oğurluq

Lökbatanda kitabxanadan oğurluq

Aktual

10 Aprel 2023, 12:57

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kitabxanaların birindən qeyri-aşkar şəraitdə kompüter, printer və noutbuk oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Xəyyam İsrafilov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi