Modern.az

Bakıdan Naxçıvana gedən sərnişin narkotiklə TUTULDU

Bakıdan Naxçıvana gedən sərnişin narkotiklə TUTULDU

Aktual

10 Aprel 2023, 15:50

Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları Bakı-Naxçıvan reysi ilə muxtar respublikaya gələn, narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilinən Naxçıvan şəhər sakini Abbas Səfərovu saxlayıb.

 

Modern.az xəbər verir ki, yoxlama zamanı Abbas Səfərovun üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

 

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?