Modern.az

Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir - Tokayev

Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir - Tokayev

Aktual

10 Aprel 2023, 17:54

Azərbaycan Qazaxıstan üçün qardaş dövlətdir, çox yaxın dövlətdir.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən məhdud tərkibdə görüşdə bildirib.

 

“Biz öz tərəfimizdən ticari-iqtisadi, investisiya sahələrində və əlbəttə, siyasi arenada istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət üçün hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdən ötrü nə mümkündürsə edirik. Çox iş görülüb”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?