ABŞ-ın hazırkı lideri Cozef Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətindədir, lakin bunu rəsmən elan etməyə hazır deyil.
Modern.az xəbər verir ki, bu barədə Bayden NBC telekanalının efirində danışıb.
“Mən yenidən prezident seçilməyi planlaşdırıram, ancaq biz bunu elan etməyə hazır deyilik”, - deyə ABŞ prezidenti vurğulayıb.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabr ayında keçiriləcək. Sabiq dövlət başçısı Donald Tramp prezident seçkilərində iştirak edəcəyini bildirib.