Modern.az

Tokayevdən Azərbaycanla bağlı önəmli AÇIQLAMA

Tokayevdən Azərbaycanla bağlı önəmli AÇIQLAMA

Aktual

10 Aprel 2023, 18:40

Azərbaycan bizim üçün sadəcə mühüm və etibarlı tərəfdaş deyil, qardaş, yaxın dövlətdir. Biz çoxəsrlik sarsılmaz dostluq, qarşılıqlı dəstək tellərinə güvənərək səmərəli dövlətlərarası əməkdaşlıq yaratmışıq.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibdə görüşdə bildirib.

 

Bu əməkdaşlığın əsl strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdiyini vurğulayan Kasım-Jomart Tokayev deyib: “Ölkələrimiz arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb. Hökumət səviyyəsində nizamlanmış iş aparılır, çoxtərəfli məkanlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyət həyata keçirilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?