Modern.az

Avtomobildən oğurluq edən qadın tutuldu

Avtomobildən oğurluq edən qadın tutuldu

Aktual

11 Aprel 2023, 10:12

Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinənlər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 9-da rayon ərazisində “Toyota” və “Volkswagen” markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul və bank kartı olan cüzdan oğurlamaqda, “Mercedes” markalı digər avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Sədaqət Quliyeva və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu