Modern.az

Cavid Qurbanovu bu məmur ƏVƏZLƏYƏCƏK

Cavid Qurbanovu bu məmur ƏVƏZLƏYƏCƏK

Aktual

11 Aprel 2023, 10:44

Azərbaycanda daha bir idman federasiyasının prezidenti dəyişir.

 

Modern.az Qol.az-a istinadən xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyində Voleybol Federasiyasının prezidentliyinə seçki keçiriləcək.

 

2016-cı ildən qurumun prezidenti olan Cavid Qurbanov vəzifəsindən ayrılacaq. Azərbaycan Voleybol Federasiyasının yeni prezidenti isə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov olacaq.

 

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini olan Cavid Qurbanov bugünlərdə Azərbaycan Atletika Federasiyanın prezidenti seçilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?