Modern.az

Minalardan təmizlənən ərazilərin sahəsi AÇIQLANDI

Minalardan təmizlənən ərazilərin sahəsi AÇIQLANDI

Aktual

11 Aprel 2023, 13:16

"Bu günə kimi 75 min hektara qədər ərazi mina və partlamamış sursatlarının təmizlənib. Təmizləmə əməliyyatlar nəticəsində ümumilikdə 85 mindən çox mina və partlamamış sursat aşkar edilərək məhv olunub".

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

 

Aprelin 11-də Ağdamda keçirilən ağacəkmə aksiyasından sonra jurnalistlərin suallarını cavablandıran agentlik sədri qeyd edib ki, Ağdam günü-gündən dirçəlir. O vurğulayıb ki, hazırda rayonda aparılan quruculuq işləri sürətlə davam etdirilir: Təbii ki, işlərin daha da sürətləndirilməsi üçün mina təmizlənməsi mühüm əhəmiyyət daşıyır. Hazırda da Ağdamda minatəmizləmənişləri davam etdirilir. Ümumilikdə iki il ərzində Ağdamda 18 min hektardan çox ərazi təmizlənəcək.

 

V.Süleymanov qeyd edib ki, aprelin 11-də Ağdam şəhərində ağacəkmə aksiyasının keçirildiyi ərazi də vaxtilə minalı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?