Modern.az

Azərbaycanla Bosniya və Herseqovina arasında saziş İMZALANDI 

Azərbaycanla Bosniya və Herseqovina arasında saziş İMZALANDI 

Aktual

11 Aprel 2023, 14:46

“Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

 

Modern.az xəbər verir ki, sazişi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç imzalayıblar.

 

Qeyd edək ki, bu gün fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun dəvəti ilə Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

 

Nazir Kəmaləddin Heydərov Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?