Modern.az

Vaksinasiya ilə bağlı SON RƏQƏMLƏR

Vaksinasiya ilə bağlı SON RƏQƏMLƏR

Aktual

11 Aprel 2023, 16:38

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 204 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 146, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 27, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 6 nəfərdir.

 

Vurulan vaksinlərin ümumi sayı 13 957 633, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 231, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 326, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 034 nəfər təşkil edir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?