Modern.az

Biz sülh istəyirik - Klaardan Bakı və İrəvana mesaj

Biz sülh istəyirik - Klaardan Bakı və İrəvana mesaj

Aktual

11 Aprel 2023, 19:54

Avropa İttifaqı (Aİ) Cənubi Qafqazın çiçəklənməsində, sülh və sabitliyin təmin olunmasında maraqlıdır.

 

Modern.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə “Cənubi Qafqazda təhlükəsizlik: Aİ-nin rolu nədir?” mövzusunda müzakirə zamanı deyib.

 

O qeyd edib ki, sabitliyin təmin olunmasında Aİ-nin iştirak etməsi heç kimə qarşı deyil: "Cənubi Qafqaz bizim qonşuluğumuzdadır və burada sülh və sabitlik istəyirik. Bu prosesdə iştirakımız heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Cənubi Qafqaz qonşu regiondur və biz burada sülh və sabitlik arzulayırıq”.

 

Klaarın sözlərinə görə, Brüsseldə liderlər bir çox mövzuda müzakirələr aparıb və müəyyən razılıq əldə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?