Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanla sərhəddə təxribat törədən 4 erməni hərbçisi məhv edilib.
Modern.az-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərin adlarını açıqlayıb.
Sərhəd döyüşlərində məhv edilən erməni hərbi qulluqçularının adlarını təqdim edirik:
Artur Saakyan (1999-cu il təvəllüdlü)
Mkrtiç Arutyunyan (1989-cu il təvəllüdlü)
Henrik Köçəryan (1997-ci il təvəllüdlü)
Narek Sarkisyan (1994-cü il təvəllüdlü)
Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.