Modern.az

II əsrə aid 50 qəbir tapıldı

II əsrə aid 50 qəbir tapıldı

Aktual

21 Aprel 2023, 22:15

Fransanın paytaxtı Paris şəhərində II əsrə aid 50 qəbir tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın Mədəniyyət Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, qəbirlər Port Royal qatar stansiyasında aşkar edilib. Tədqiqatlar zamanı 200 kvadratmetr əraziyə yayılmış məzarların yetkin kişi və qadınlara, həmçinin uşaqlara aid olduğu bildirilir.

 

Qəbirlərdə geyim və aksessuarlarla yanaşı zinət əşyaları, kəmərlər, keramika və şüşə qablar aşkar edilib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!