Modern.az

Yerli avtomobillər 10 il ƏDV-dən azad olunacaq

Yerli avtomobillər 10 il ƏDV-dən azad olunacaq

Aktual

30 May 2023, 12:54

Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.

 

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

 

Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur. Eyni zamanda bu qanun layihəsi mindən çox işçi qüvvəsinin artmasına şərait yaradacaq.

 

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?