Modern.az

Sumqayıtda mağazada YANĞIN

Sumqayıtda mağazada YANĞIN

Aktual

7 İyul 2023, 11:08

Sumqayıt şəhərində yanğın olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 150 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (mağaza və avtomobil yuma məntəqəsi) sahəsi 20 m² olan mağazanın içərisində 3 ədəd vitrin soyuducusu, lambirdən ibarət tavanı 15 m² sahədə və divar üzlüyü 10 m² sahədə yanıb. Mağazanın qalan hissəsi və avtomobil yuma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır