Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.
Modern.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi məlumat yyaıb.
Qeyd olunub ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq. Məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.
Festivalın avqustun 25-26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun 8-dən 12-nədək Azərbaycanda havanın temperaturunun yüksələcəyi ilə bağlı xəbərdarlıq edib.