Modern.az

FHN: Ötən gün 87 yanğın olub

FHN: Ötən gün 87 yanğın olub

Aktual

8 Avqust 2023, 10:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 87 halda yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Nazirlikdən Modern.az-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində biri azyaşlı olmaqla beş nəfəri xilas ediblər. Həmçinin qəza-xilasetmə əməliyyatları zamanı üç nəfərin cəsədi aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır