Modern.az

İtkin düşən qızla oğlan Bakıda tapıldı

İtkin düşən qızla oğlan Bakıda tapıldı

Aktual

8 Avqust 2023, 13:14

İsmayıllı rayonunda itkin düşən 19 yaşlı qız və oğlan tapılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Onların Bakı şəhərində olduqları müəyyən edilib. 

 

Bildirilib ki, İsmayıllı rayonunda itkin düşən 2004-cü il təvəllüdlü Aytac Mayılova və Ağaverdi Xəlilov Bakı şəhərində tapılıblar, axtarışlar dayandırılıb.

 

Qeyd edək ki, gənc qız və oğlan ötən aydan itkin kimi axtarışda idilər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ