Modern.az

Prezident Rasim Balayevin fəaliyyətini yüksək qiymətləndirdi

Prezident Rasim Balayevin fəaliyyətini yüksək qiymətləndirdi

Aktual

8 Avqust 2023, 13:52

“Siz, eyni zamanda, ölkəmizin ictimai həyatında da çox fəalsınız. Çox dəyərli fikirləriniz ölkəmizin ümumi inkişafına dəstəkdir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edərkən bildirib.

 

“Təbii ki, sizin kino fəaliyyətiniz Azərbaycan xalqı üçün Babək, Nəsimi obrazları ilə də bağlıdır. Xalq qəhrəmanımız Babəkin, dahi şairimiz Nəsiminin obrazlarını siz canlandırmısınız və Azərbaycan xalqının təsəvvüründə də onlar elə sizin obrazınızdır.

 

Mən sizi ürəkdən təbrik etmək, sizə cansağlığı, uzun ömür arzulamaq istəyirəm. Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir, həm sovet dövründə bir çox mükafatlarla təltif olunmusunuz...”, - dövlət başçısı deyib.

 

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 8-də Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.

Xalq artistindən İlham Əliyevə: Əsl Babək sizsiniz!
Bu xəbər ilə bağlı
Xalq artistindən İlham Əliyevə: Əsl Babək sizsiniz!
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ