Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, 300 şagird yerlik Muzdurlar kənd tam orta məktəbində Təhsil Nazirliyi tərəfindən aparılan cari təmir-bərpa işləri ilə yerində tanış olub.
Modern.az xəbər verir ki, bu barədə İcra Hakimiyyətindən məlumat verilib.
İcra başçısı aparılan təmir-bərpa işlərinin müvafiq tikinti və yenidənqurma standartlarına uyğun həyata keçirilməsi və yeni təhsil ilinin başlanğıcına kimi yekunlaşdırılması, həmçinin əlavə olaraq, məktəbin həyətində və ətrafında da abadlıq işlərinin aparılması ilə bağlı tapşırıq və tövsiyyələrini bildirib.