Modern.az

Humanitar yardımın siyasiləşdirilməsi qəbuledilməzdir - Ceyhun Bayramov

Humanitar yardımın siyasiləşdirilməsi qəbuledilməzdir - Ceyhun Bayramov

Aktual

24 Avqust 2023, 17:46

Laçın dəhlizi ətrafındakı prosesləri müzakirə etdik.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

O qeyd edib ki, Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması erməniləri qıcıqlandırıb:

 

"Bunu həzm etməyən ermənilər təxribatlara əl atıb. Ancaq Azərbaycan konstruktiv yol tutub. Bu gün də yoldan ermənilər keçirlər. Humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etdik. Ermənistanın bunu bloklamağa çalışması qəbuledilməzdir. Humanitar yardımın siyasiləşdirilməsi qəbuledilməzdir. Əgər bir tərəf bir yolu qəbul edib, digərini qəbul etmirsə, bu hadisənin siyasiləşdirilməsi cəhdini göstərir. Azərbaycan bunun üçün  addımlar atıb. Lakin Qarabağdakı ermənilərin idarəçilər kimi qələmə verilməsi beynəlxalq aləm tərəfindən qınanılmalıdır"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?