Qarabağla bağlı narahatlığımızı bildirdik.
Modern.az xəbər verir ki, bunu Belçika xarici işlər naziri Hadja Labib Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
"Təşəkkür edirəm ki, bizimlə bu məsələləri müzakirə etdiniz. Mən Ararat Mirzoyana bildirdim ki, indi dayanıqlı sülh əldə olunsması üçün tarixi fürsətdir. Biz bu məsələdən dialoqla çıxa bilərik. Səmimi şəkildə bildirirəm ki, əla fürsətdir. Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Sülh təşəkkül tapmalıdır. Budur səfərimizin məqsədi", - o deyib.