Modern.az

Qohumunu boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Qohumunu boğaraq öldürən şəxsin məhkəməsi başlayır

Aktual

25 Avqust 2023, 10:43

Mayın 13-də Xızı rayon sakini 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, ibtidai istintaqla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun rayonun Giləzi qəsəbəsində yerləşən evlərin birində aralarında yaranmış mübahisə zamanı qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Taleh Qurbanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?