Modern.az

Laçınlı nənə İlham Əliyevdən xahiş etmişdi: Qayınanam ona görə dedi ki... - Gəlini DANIŞDI

Laçınlı nənə İlham Əliyevdən xahiş etmişdi: Qayınanam ona görə dedi ki... - Gəlini DANIŞDI

Aktual

28 Avqust 2023, 16:22

Xəbər verdiyimiz kimi, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə ziyarət edib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunun Zabux kəndində sakinlərlə görüşüblər.

 

Görüş zamanı Laçının ən yaşlı sakinlərindən olan Qəribə Həsənova Prezidentə bir məsələ ilə bağlı müraciət edib. O, şəhid olmuş oğlunun ailə üzvlərinə veriləcək evin onun evinin yaxınında olmasını xahiş edib. Prezident İlham Əliyev məsələ ilə bağlı dərhal tapşırıq verib. "Onlar, əlbəttə, gələcəklər. Yəni, bütün zabuxlular gələcək. Nənənin yaxın qohumları da gələcək yəqin ki, bir müddətdən sonra. Xahişi odur ki, onların da yeri ona yaxın olsun. Onu təşkil edərsiniz", - dövlət başçısı deyib.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev tapşırığın yerinə yetiriləcəyini bildirib.

 

Modern.az Qəribə nənənin gəlini Lalə Həsənova ilə əlaqə saxlayıb.

 

O, saytımıza açıqlamasında bildirib ki, qayınanası onu həm gəlini, həm də qızı kimi sevir:

 

“Mənim özüm də, soy-köküm də Laçındandır. Sadəcə birinci püşkatmada qayınanamgil düşdülər. Onun 7 oğlu olub. Qızı yoxdur. Məni yaxınında istəyir, çünki həm də məni qızı kimi görür. Həyacandan orada bunu deyə bilmədi. Mən qayınlarıma da bacı olmuşam. Bununla da fəxr edirəm”.

 

L.Həsənova qeyd edib ki, Xırdalanda yaşayanda da Qəribə nənə ilə qonşu olublar:

 

“İcra hakimiyyətimiz bizə məlumat verəcək. Hazır olduqda mən də ora gedəcəm. Mən oranın sakiniyəm. Qayınanam ona görə dedi ki, birdən kənddə ayaq-baş düşərik. O istəyir ki, mən ona yaxın olum. İstənilən vaxt evinə girim-çıxım. Hətta qalım. Bizim adət-ənənələrimiz var. Valideyn nə qədər yaşlı olsa da, övladın ailəsi onun üçün əzizdir. Xırdalanda qaldığımız müddətdə də qonşuyduq. Mənim yoldaşım onun böyük oğludur. Amma əksər vaxt hara gedib-gəlsə, oğlu ilə, mənlə olub. Böyük kimi mənim yoldaşım olub. O, hər şeyin təşkilatçısı olub. Biz oranın sakiniyik, külfətik. Mənim oğlum, nəvələrim, gəlinlərim var”.

 

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?