Modern.az

Ermənilərin növbəti Kəlbəcər təxribatı: Bizim cavabımız hər zaman sərt olur!

Ermənilərin növbəti Kəlbəcər təxribatı: Bizim cavabımız hər zaman sərt olur!

Aktual

1 Sentyabr 2023, 12:48

Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata əl atıb. Düşmənin Kəlbəcəri atəşə tutuması nəticəsində 3 hərbçimiz yaralanıb. Ermənistan silahlı qüvvələri mövqelərimizə pilotuz uçuş aparatları (PUA) və artilleriya ilə atəşə tutub. Təxribata cəhd edən erməni hərbçilərdən 2-si məhv edilib, 1-i yaralanıb.

 

Müdafiə Nazirliyi bildirib ki, Ermənistan müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.

 

Ermənistanın yeni təxribat kampaniyasına başlamasının səbəbləri nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Elxan Şıxaliyev bildirib ki, Ermənistan zərbə PUA-larından istifadə edirsə, deməli bu, geniş təxtibatdır və ciddi cavabı veriləcək hadisədir. 

 

"Düşünürəm ki, ordumuzun həmin istiqamətdə birinci eşalon birləşmələrinin hərbçiləri ermənilərin bu addımına cavab verəcəklər. Biz bunun nəticələrini də görəcəyik. Azərbaycan tərəfi qarşı tərəfə cavab atəşi açmağa məcbur qalır. Bizim cavablarımız hər zaman sərt olur”.

Hərbi ekspert ermənilərin şərti sərhəddə vəziyyəti gərginləşdirməsinin səbəbini belə izah edib:

 

“Ermənilər sərhəddə gərginliyi qəsdən yaradırlar ki, Avropa İttifaqının Ermənistanda olan mülki missiyası bu məsələdə Azərbaycanı təqsirləndirsin. Mülki missiya hər zaman məsələləri Azərbaycanın əleyhinə sənədləşdirir. Bu həm də siyasi proseslərdə Azərbaycanın əleyhinə istifadə oluna biləcək vasitələrdən biridir. Ermənistanın hazırda Azərbaycanın əleyhinə müharibə apara biləcək vəziyyətdə olduğunu düşünmürəm. Lokal atəşkəslə üstünlüyü ələ ala biləcək əməliyyat həyata keçirmələri mümkün deyil.  Amma atəşkəsin pozulması və nəticədə 3 hərbçimizin yaralanması yolverilməzdir”.

 

E.Şıxaliyev Qarabağın dağlıq hissəsindəki separatçı rejim daxilində də çəkişmələr olduğunu vurğulayıb:

 

“Qarabağın “rəhbər”ləri postlarını tərk ediblər. İndi özlərinə yeni “rəhbər” axtarışındadır. Humanitar yardımın qəbul olunmaması ilə bağlı bəyanatlar səsləndirirlər. İndi bunlar onu da təxribata cəlb etmək istəyirlər.  Əslində,  meydanda baş verənləri hər kəs görür. Atəşkəsin pozulması, Qarabağda humanitar yüklərin qəbul olunmaması rəsmi sahədə kiçik iş planlarıdır. Azərbaycanın atacağı addımlar üzərindən bunu beynəlxalq institutlara, xüsusilə də BMT TŞ-yə, Avropa İttifaqına daşımaqla əleyhimizə faktlar ortaya qoymaq istəyirlər. İnformasiya cəbhəsində yeni asimmetrik müharibədən istifadə edəcəklər. Ancaq həmişə olduğu kimi itirən, məğlub olan tərəf, yenə də, Ermənistan olacaq”.

Hərbi ekspert Üzeyir Cəfərov söyləyib ki, bizim hazırda gördüklərimiz hələ filmin başlanğıcıdır:

 

“İrəvanda dünən mühüm görüş keçirildi. Rusiyanın Qarabağ üzrə xüsusi nümayəndəsi ilə Paşinyan arasında görüş oldu. Qarabağda Arayikin formal "istefası" elan olundu. Bir sıra məqamlar var. Bizim hazırda gördüklərimiz hələ filmin başlanğıcıdır. Rusiyanın məqsədi yaxın vaxtlarda Azərbayanla Ermənistan arasında çox böyük  konfliktin yaşanmasıdır. Bu zərbə PUA-ları da sıradan adi məsələ deyil. Məqsəd sülh müqaviləsinin bağlanması deyil. Məqsəd tərəflər arasında uzunmüddətli sükutun əldə edilməsidir. Məqsəd bu sükutdan istifadə edib tərəfləri yenidən Moskvaya dəvət etmək, yenə hansısa müzakirələr aparmaqdır. Qarabağla bağlı çox böyük proqram hazırlanıb. O proqramda  Rusiya, Amerika və Fransanın öz rolları var”.

 

Hərbi ekspert ABŞ Dövlət Departmentinin "Dağlıq Qarabağ icması" ilə oturub danışmağı bizə tövsiyə etdiyini xatırladıb.

 

"Şahramanyan kimiləri məqsədyönlü şəkildə dövriyyəyə buraxılıb. Azərbaycan tərəfi ilə görüşlərə başlayacaq. O adam martın 1-də Xocalıdakı görüşdə o tərəfdən iştirak edən şəxsdir. Artıq sentyabrın 15-nə qədər görüş olacaq. Sentyabr bitəcək. Oktyabr, noyabr ayları eyni minvalda davam edəcək. İl bitəcək. Nə sülh müqaviləsindən, nə də digər məsələlərin həllindən danışan var. Bu gün bəzi qüvvələr  Azərbaycanı bataqlığa sürükləyirlər. Rusiya XİN-in sözçüsü Mariya Zaxarovaya cavab verilmədi. Mariya Zaxarova dedi ki, hadisələr Ermənistanın Qarabağı Azərbaycanın torpaqları kimi tanımasına görə belə cərəyan edir. Deməli, Azərbaycanın ərazi bütövlüyünü Ermənistan tanımaq istəyir. Rusiya istəmir".

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?