Modern.az

“AzInTelecom” jurnalistlər üçün təlim keçirdi - FOTOLAR

“AzInTelecom” jurnalistlər üçün təlim keçirdi - FOTOLAR

Aktual

6 Sentyabr 2023, 17:38

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC tərəfindən jurnalistlər üçün “Rəqəmsal transformasiyanı sürətləndirən xidmət və məhsullar” mövzusunda təlim keçirilib.

 

Modern.az xəbər verir ki, təlimdə müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 25 jurnalist iştirak edib. Tədbir zamanı “AzInTelecom”un əməkdaşları tərəfindən bulud həlləri, vahid nömrə satışı, mobil nömrədaşıma, elektron sənəd dövriyyəsi, onlayn ödəniş sistemi, SİMA rəqəmsal həllər platforması, telekommunikasiya vasitələrinin və qurğularının sertifikatlaşdırılması, mobil cihazların qeydiyyat sistemi və informasiya təhlükəsizliyi xidmətləri barədə çıxışlar olub.

 

Ümumilikdə interaktiv formada baş tutan təlimdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

 

Tədbirin sonunda jurnalistlər arasında test müsabiqəsi təşkil edilib. Təlimi uğurla başa vuran jurnalistlərə hədiyyələr təqdim olunub.

“AzInTelecom” jurnalistlər üçün təlim keçirdi

  • “AzInTelecom” jurnalistlər üçün təlim keçirdi
  • “AzInTelecom” jurnalistlər üçün təlim keçirdi
  • “AzInTelecom” jurnalistlər üçün təlim keçirdi
Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?