Modern.az

Türkiyəli nazir Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

Türkiyəli nazir Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR

Aktual

26 Sentyabr 2023, 09:28

Türkiyənin Kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib. 

 

Modern.az xəbər verir ki, nazir ilk olaraq xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.


Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar.  Eyni zamanda Türk Şəhidliyi də ziyarət edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı