Modern.az

Vətəndaş tapdığı silah-sursatı polisə təhvil verdi

Vətəndaş tapdığı silah-sursatı polisə təhvil verdi

Aktual

31 Oktyabr 2023, 16:04

Paytaxt sakinlərindən biri Xətai rayonundakı 37-ci Polis şöbəsinə müraciət edərək, tapdığı silah-sursatı könüllü  təhvil vermək istədiyini bildirib. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda polisin vətəndaşın qeyd etdiyi ünvana getdiyi və oradan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqan (zapal) aşkar edtdiyi bildirilib.

 

Məlumat verən vətəndaşa qarşı heç bir cəza tədbiri görülməyib. Polisə vaxtında məlumat verdiyi üçün ona təşəkkür edilib.

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!