Modern.az

Nazirlik zəlzələ ilə bağlı məlumat yaydı

Nazirlik zəlzələ ilə bağlı məlumat yaydı

Aktual

8 Noyabr 2023, 10:06

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.11.2023-cü il tarixində yerli vaxtla saat 09:18 dəqiqədə ilkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində 5.1 maqnituda zəlzələ qeydə alınıb.


FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub.

 

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", məlumatda deyilir.

Sizə yeni x var
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər