Modern.az

Ötən sutka 33 yanğına çıxış olub - İki nəfər xilas edilib

Ötən sutka 33 yanğına çıxış olub - İki nəfər xilas edilib

Aktual

30 Dekabr 2023, 11:06

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

 

Qurumdan Modern.az-a bildiriblər ki, ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 2 nəfər xilas edilib, yanğınlar zamanı 3 nəfər tüstüdən zəhərlənib, 1 nəfərin cəsədi aidiyyəti üzrə təhvil verilib.

 

Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?