Modern.az

Evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq ÖLDÜ

Evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq ÖLDÜ

Aktual

4 Yanvar 2024, 15:24

Sumqayıt şəhərində 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

 

Modern.az xəbər verir ki, hadisə “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.

 

1962-ci il təvəllüdlü Adıgözəlov Semur Dadaş oğlu öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb.

 

Faktla bağlı Sumqayıt şəhər prokuroluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?