Modern.az

Hövsanda qrup halında narkotikin qəbul edildiyi ev aşkarlandı - FOTO

Hövsanda qrup halında narkotikin qəbul edildiyi ev aşkarlandı - FOTO

Aktual

22 Yanvar 2024, 14:22

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Hövsan qəsəbəsində narkotik vasitələrin qrup halında qəbul edildiyi məkan aşkar edilib.

 

Modern.az xəbər verir ki, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Malik Dadaşov, həmin ünvanda narkotik vasitələr qəbul edən Turan İbrahimov, Anar İlyasov və daha iki qadın saxlanılıb. Evə baxış zamanı müxtəlif növ narkotik maddələr və onların prekursorları aşkar olunaraq götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV