Modern.az

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü 

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü 

Aktual

25 Avqust 2024, 16:30

2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Sabunçu rayonu, Bakıxanov qəsəbəsində seçicilərlə növbəti görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Ceyhun Məmmədov əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verərək Cəbrayıl gənclərinin I Qarabağ müharibəsində, Tovuz döyüşlərində, Vətən müharibəsində könüllü döyüşlərə qatıldıqları, şücayətlik göstərdiklərini və hər zaman dövlət başçımız, YAP-ın Sədri, Prezidentimiz İlham Əliyevin ətrafında və arxasında olduqlarını bildirib. Vurğulanıb ki, seçki mədəniyyəti ictimai şüurda təkamül və davamlı inkişaf təsiri ilə formalaşır.

 

Görüşün sonunda seçicilərin fikirləri dinlənilib, müraciətlərin operativ qaydada həlli üçün fikir mübadiləsi aparıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu