Modern.az

Biləsuvarda 5 kəndin qazı KƏSİLDİ

Biləsuvarda 5 kəndin qazı KƏSİLDİ

Aktual

27 Avqust 2024, 15:28

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Modern.az-ın məlumatına görə, rayon ərazisində yerləşən “Ovçubərə” qaz paylayıcı stansiyadan qidalanan Əsgərabad kəndi istiqamətində yeraltı polietilen qaz kəmərinin kipliyə yoxlanılması üçün Ovçubərə, Amankənd, Dərvişli, Aşağı Cürəli və Əsgərabad kəndlərinin ümumilikdə 2 200 abonentinin təbii qaz təchizatı işlər yekunlaşana qədər dayandırılıb.

Qurum abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...