Modern.az

Avtomobildən oğurluq edən şəxs saxlanıldı

Avtomobildən oğurluq edən şəxs saxlanıldı

Aktual

4 Oktyabr 2024, 09:58

Paytaxtın Bakıxanov qəsəbəsi ərazisində “Hyundai” markalı avtomobildən 1275 manat pul, mobil telefon, poverbank və sənəd oğurlanması barədə polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 22 yaşlı N.Eminov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək