Modern.az

Cəbrayıla köçürülənlərdən 30 nəfər işlə təmin olundu

Cəbrayıla köçürülənlərdən 30 nəfər işlə təmin olundu

Aktual

4 Oktyabr 2024, 11:04

İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Cəbrayıl şəhərində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar.

Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Cəbrayıl şəhərinə köçürülən sakinlərdən artıq 29 nəfərin məşğulluğu təmin olunub.

Onlar münasib vakansiyalar üzrə işlə təmin ediliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək