Modern.az

Qriqoryan sərhəd demarkasiyası üzrə məruzəçi təyin edildi

Qriqoryan sərhəd demarkasiyası üzrə məruzəçi təyin edildi

Aktual

8 Oktyabr 2024, 13:24

Xəbər verildiyi kimi, Ermənistan hökuməti Ermənistan və Azərbaycan arasında sərhəd demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə layihəsini parlamentin ratifikasiyasına göndərib.


Ermənistan Konstitusiya Məhkəməsinin 26 sentyabr tarixli qərarına əsasən, demarkasiya komissiyalarının Əsasnaməsində nəzərdə tutulmuş öhdəliklər Konstitusiyaya uyğundur.


Tərəflərin avqustun 30-da imzaladığı Əsasnamə layihəsi sentyabrın 5-də hökumət tərəfindən təsdiq edilib.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, baş nazirin müavini Mher Qriqoryan layihənin parlamentdə müzakirəsi üçün hökumətin nümayəndəsi təyin edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!