Modern.az

Sumqayıt Tibb Mərkəzi qanvermə aksiyası - FOTO

Sumqayıt Tibb Mərkəzi qanvermə aksiyası - FOTO

Aktual

8 Oktyabr 2024, 13:08

Sumqayıt Tibb Mərkəzinin (STM), Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Respublika Qan Bankının dəstəyi ilə qanvermə aksiyasına start verilib.

Modern.az xəbər verir ki, iki gün davam edəcək qanvermə aksiyası STM-nin Təcili Tibbi Yardım Xəstəxanasında təşkil edilib. Artıq ənənə halını alan bu nəcib aksiyanın ilk günü STM-nin direktoru Elnur Azadxanov, direktor müavinləri, struktur bölmə rəhbərləri də daxil olmaqla könüllü olaraq qatılan 100-dən çox əməkdaşı qan veriblər.

Xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülür.

Tədarük olunan qan və ondan hazırlanan preparatlardan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən pasiyentlərin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, aksiya sabah yekunlaşacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək