
Youtube sosial şəbəkəsində Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədovun oxduğu mahnılardan ibarət video yerləşdirlib.
Modern.az-ın məlumatına görə, bir neçə mahnı ifa edən prezidentlə onun duet ortağı olan estrada müğənniləri Annaqulı Muratdurdıyev və Parahat Amandurdıyev azərbaycanlı ifaçı Rəqsanə İsmayılovanın repertuarına da müraciət ediblər. Belə ki, türkmən prezident Qurbanqulı Berdımuhəmmədov digər ifaçılarla birlikdə Rəqsanənin “İnanımmı” mahnısını oxuyub.
Zalda olan çoxsaylı tamaşaçılar isə prezidentin bu məharətini alqışlara qərq ediblər.
Qeyd edək ki, Rəqsanənin mahnısı videorolikdə 4:01-ci saniyədən başlayır.