Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə xanım Əliyeva həm görkəmli alim-oftalmoloq, həm də yüksək mənəviyyata malik ziyalı qadın, fədakar ana və böyük şəxsiyyət kimi xalqımızın yaddaşında əbədi yaşayır. Onun həyatı elmə, insanlara xidmətə və Vətənə bağlılığın parlaq nümunəsidir.
Zəngin ziyalı mühitində böyüməsi onun dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır.O, Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alaraq oftalmologiya sahəsini seçmiş və qısa müddətdə bu sahədə özünü istedadlı mütəxəssis kimi təsdiq etmişdir. Onun elmə olan bağlılığı, zəhmətkeşliyi və insanlara kömək etmək arzusu gələcək uğurlarının əsasını təşkil etmişdir.
Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında xüsusi mərhələ yaratmış alimlərdəndir. O, yalnız praktik həkim kimi deyil, həm də fundamental elmi tədqiqatçı kimi böyük nüfuz qazanmışdır.
Zərifə xanım xüsusilə Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinin aradan qaldırılmasında mühüm rol oynamışdır. Onun bu sahədə apardığı tədqiqatlar nəticəsində xəstəliyin profilaktikası və müalicəsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir.
Alimin sənaye müəssisələrində çalışan işçilərdə yaranan göz patologiyaları ilə bağlı araşdırmaları da böyük elmi əhəmiyyət kəsb etmişdir. Bu tədqiqatlar əmək gigiyenası və peşə xəstəlikləri sahəsində mühüm yeniliklərə yol açmışdır.
Zərifə Əliyeva 150-dən çox elmi əsərin, bir sıra monoqrafiyaların müəllifi olmuş, oftalmologiyanın müxtəlif sahələrinə dair fundamental əsərlər yazmışdır. Onun əsərləri yalnız Azərbaycanda deyil, beynəlxalq elmi ictimaiyyətdə də yüksək qiymətləndirilmişdir.
Akademik Zərifə Əliyevanın təşəbbüsü ilə Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılmış, onun müstəsna xidmətləri və geniş elmi fəaliyyəti sayəsində respublikamızda yüksək ixtisaslı gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.
Zərifə Əliyevanın fəaliyyəti hər zaman yüksək qiymətləndirilmiş, oftalmologiya aləmində ən yüksək akademik Averbax adına mükafata layiq görülmüşdür. Zərifə Əliyeva bu mükafata layiq görülmüş ilk qadındır. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında tarixi sözlər demişlər. Moskva oftalmoloji məktəbi Zərifə xanımı "oftalmologiyanın mirvarisi" adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov demişdir: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Akademik N.Puçkovskaya "Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımı dünya şöhrətli alim adlandıraraq, "biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik" demişdir.
Zərifə Əliyeva həm də böyük pedaqoq idi. O, uzun illər tələbələrə dərs demiş, gənc həkimlərin yetişməsində mühüm rol oynamışdır.
Onun rəhbərliyi ilə çoxsaylı elmi işlər müdafiə olunmuş, Azərbaycan oftalmologiya məktəbi formalaşmışdır. Bu gün də onun yetirmələri bu sahədə uğurla fəaliyyət göstərərək müəllimlərinin elmi ənənələrini davam etdirirlər.
Zərifə Əliyeva yüksək mədəniyyəti, humanistliyi və sadəliyi ilə seçilən ziyalı qadın idi. O, yalnız elm adamı deyil, həm də cəmiyyətin fəal üzvü kimi çıxış etmişdir.
Onun ictimai fəaliyyəti əsasən insanların sağlamlığının qorunması, səhiyyə sisteminin inkişafı və tibbi maarifləndirmə istiqamətində olmuşdur. O, Azərbaycan qadınının elm və cəmiyyət həyatında yüksək mövqeyinin simvoluna çevrilmişdir.
Sadəliyi, nəcibliyi, mehribanlığı ilə yadda qalan Zərifə xanım Ulu Öndər Heydər Əliyevin təkcə həyat yoldaşı deyildi. Bu cəfakeş qadın həm də Ümummilli Liderimizin dostu, sirdaşı, eyni zamanda onunla çiyin-çiyinə dayanaraq öz ömür-gün yoldaşına mənəvi dayaq idi. Onun yüksək insani keyfiyyətləri bu böyük liderin həyatında mühüm yer tutmuşdur. Zərifə xanımın həyat yoldaşı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hər zaman bu böyük alim, ideal ömür gün yoldaşı haqqında çox dəyərli fikirlər söyləmişdi. Ulu Öndər Heydər Əliyevin: “Azərbaycan xalqının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanələşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, sədaqət, humanizm kimi ali hisslərlə birləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib" söyləməsi həqiqətən də Zərifə xanımın nə qədər ülvi və dəyərli bir insan olduğunu sübut edir. Zərifə xanım qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olaraq iki övlad böyüdüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, Vətənimizin qüruru sayılan övladlar kimi. Zərifə xanım Əliyeva həm sadə və sədaqətli ömür-gün yoldaşı, həm də fədakar ana kimi bu gün xalqımıza bəxş edilən nailiyyətlərdə mühüm rol oynamışdır. Azərbaycanı böyük zəfərlərə aparan Müzəffər Ali Baş Komandanın anası olaraq, onu vətənpərvər ruhda yetişdirməsində Zərifə xanım Əliyevanın xidmətləri danılmazdır.
“... Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər, mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”. Tanrının dünyaya göndərdiyi seçilmiş və xoşbəxt insanlardan biri kimi akademik Zərifə Əziz qızı Əliyeva haqqında oğlu, Prezident cənab İlham Əliyevin kövrək hisslərlə dilə gətirdiyi fikirlərində də bunu görürük. Bu zərif qadın əsl alim ömrü yaşamış, həyatını peşəsinin sirlərini dərindən öyrənməyə həsr etmişdi. Amma onun yaşam fəlsəfəsinin əsasını, heç şübhəsiz, yurduna, torpağına bağlılıq, vətəndaşlıq mövqeyi təşkil edirdi. Bütün mənalı fəaliyyətinin təməlində də bu amillər dayanır.
Zərifə Əliyevanın həyatı və fəaliyyəti bu gün də örnək olaraq qalır. Onun adı elm, insanlıq və yüksək mənəviyyatla yanaşı çəkilir.
Akademik Zərifə Əliyeva Azərbaycan tarixində çoxşaxəli fəaliyyəti ilə seçilən böyük şəxsiyyətlərdən biridir. Onun oftalmologiya elminə verdiyi töhfələr, yetişdirdiyi kadrlar, yazdığı əsərlər bu gün də öz aktuallığını qoruyur.
Eyni zamanda, o, ailədə, cəmiyyətdə və dövlətçilik ənənələrində qadının rolunun ən yüksək nümunəsini nümayiş etdirmişdir.
Zərifə xanım Əliyevanın həyat yolu gələcək nəsillər üçün örnək olaraq qalır və onun adı Azərbaycan xalqının yaddaşında daim yaşayacaqdır.
Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının sədri.