İran şahının oğlu Rza Pəhləvi İranda monarxiyanın bərpası ehtimalını istisna etmədiyini açıqlayıb.
Modern.az xəbər verir ki, mediaya açıqlamasında jurnalistin “əsl demokrat monarxiyanın bərpasını qəti şəkildə istisna etməlidir” fikrinə münasibət bildirən Pəhləvi bu yanaşma ilə razılaşmadığını deyib.
Onun sözlərinə görə, Avropa ölkələrinin təcrübəsi göstərir ki, demokratiya müxtəlif idarəetmə formaları ilə yanaşı mövcud ola bilər:
“Bu gün Avropaya baxaq: Almaniya respublikadır, Belçika da demokratiyadır, Fransa demokratik dövlətdir, İsveç də, İtaliya da, İspaniya da. Onların hamısı demokratiyadır. Amma bu ölkələrdən bəziləri respublika, bəziləri isə monarxiyadır”.
Rza Pəhləvi vurğulayıb ki, əsas məsələ xalqın seçim hüququnun qorunmasıdır:
“Əgər siz deyirsiniz ki, insanlar səsvermə yolu ilə hansı sistemi istədiklərinə qərar verə bilməzlər, bu halda siz İran xalqının iradəsinə hörmət etmirsiniz”.
O qeyd edib ki, ölkənin gələcək idarəetmə modeli yalnız xalqın azad seçimi əsasında müəyyənləşdirilməlidir.