Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi nümayəndə heyəti ilə birlikdə Şuşa şəhərindən foto paylaşıb.
Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz "X" hesabında paylaşım edib.
Paylaşımda arxa planda hazırda tikintisi davam edən Şuşa məscidi də yer alır. Prezidentin köməkçisi fotoya əlavə etdiyi qeyddə məscidin görüntüsünün açıq şəkildə seçildiyini vurğulayıb.
Qeyd edək ki, Şuşada inşa edilən yeni məscid şəhərin memarlıq simasına uyğun şəkildə tikilir və onun layihəsində xüsusi simvolik elementlər nəzərdə tutulub.
