Modern.az

Rus dövlət kanalından Qarabağla bağlı təxribat - VİDEO

Rus dövlət kanalından Qarabağla bağlı təxribat - VİDEO

Aktual

Bu gün, 13:26

Rusiyanın "Birinci Kanal"ında yayımlanan “Zaman göstərəcək” verilişində Azərbaycanla bağlı təxribat edilib.

Modern.az xəbər verir ki, efirdə göstərilən xəritədə Qarabağ iqtisadi rayonu Azərbaycanın digər ərazilərindən fərqli rənglə işarələnib və bölgə qondarma “Dağlıq Qarabağ” adı ilə təqdim olunub.

Bu təqdimat Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə zidd şəkildə hazırlanıb.

Qeyd edək ki, beynəxalq səviyyədə Qarabağ rəsmi olaraq Azərbaycanın ərazisi kimi tanınır. Hazırda bölgə inzibati bölgü baxımından Qarabağ iqtisadi rayonu kimi tanınır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV