Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş toplantısında Mitropolit Şio (Mudjiri) Gürcüstanın yeni - 142-ci Katolikos-Patriarxı seçilib. Mitropolit Şionun namizədliyini 22 din xadimi (arxiyerey) dəstəkləyib. O, rəqibləri Ruis-Urbnisi Metropoliti Job və Poti və Xobi Metropoliti Qriqol üzərində qələbə qazanıb.
Modern.az Şionun patriarx kimi seçilməsi ilə bağlı Qafqaz Müsəlmanları idarəsinin (QMİ) mövqeyini öyrənməyə çalışıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Bəxtiyar Nəcəfov bildirib ki, yaxın günlərdə Şeyxülislam Allahşükür Paşazadə öz təbrikini yeni patriarxa çatdıracaq:
“Gürcüstan-Azərbaycan dostluğu, qonşuluğu çox möhtəşəmdir. Patriarxiya ilə Qafqaz Müsəlmanları idarəsinin neçə illik geniş dostluq əlaqələri var. II İliya ilə Şeyx Həzrətlərinin qardaşlıq, dostluq münasibətləri mövcdur idi. Hər ikisi də bölgədə böyük fiqur, şəxsiyyətdilər. İndi Mitropolit Şio (Mudjiri) məsləhət bilinib seçilibsə, təbii Qafqaz Müsəlmanları İdarəsi onu təbrik edəcək. Şeyx həzrətləri yaxın günlərdə təbrikini ünvanlayar”.