Modern.az

Rusiya erməni diasporuna yeni rəhbər gətirir

Rusiya erməni diasporuna yeni rəhbər gətirir

Aktual

Bu gün, 10:16

Rusiya hakimiyyət dairələri Rusiyanın ən böyük diaspor təşkilatlarından biri olan Rusiya Erməniləri İttifaqının (SAR) rəhbərliyinə yeni namizəd üzərində dayanıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti məlumat yayıb.

Məlumata görə, rəsmi Moskva hazırda təşkilatın sədri postuna erməni mənşəli tanınmış rusiyalı cərrah, akademik Armais Kamalovun namizədliyini nəzərdən keçirir.

Nəşr bildirir ki, Rusiya rəhbərliyində SAR-ın mövcud idarəçiliyindən ciddi narazılıq yaranıb. Narazılığa əsas səbəb kimi qurumun erməni cəmiyyəti ilə kifayət qədər inteqrasiya olunmaması və seçki prosesləri zamanı lazımi təsir gücünə malik olmaması göstərilir. Hesab olunur ki, hazırkı rəhbərlik diasporun potensialından effektiv istifadə edə bilmir.

Qəzet qeyd edir ki, akademik Armais Kamalovun namizədliyi təsadüfi deyil. O, həm Rusiyada, həm də Ermənistanda yüksək nüfuza malikdir. Tibb sahəsindəki uğurları ilə yanaşı, Kamalov uzun illərdir erməni kimliyinin qorunmasına yönəlmiş müxtəlif humanitar və mədəni proqramların icrasında fəal iştirak edir.

Ekspertlərin fikrincə, bu mümkün təyinat Rusiyanın erməni diasporu üzərindəki nəzarətini gücləndirmək və təşkilatın fəaliyyətinə yeni nəfəs vermək məqsədi daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?