Modern.az

Azərbaycanda ailə dəyərləri yoxa çıxır - rektor

Azərbaycanda ailə dəyərləri yoxa çıxır - rektor

Aktual

Bu gün, 11:19

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə artıq iki ildir ki, Azərbaycan İlahiyyat İnstitutunda xüsusi layihə həyata keçirilir. 

Modern.az xəbər verir ki, bunu İlahiyyat İnstitununun rektoru Aqil Şirinov media nümayəndələrinə müsahibəsində bildirib. 

O qeyd edib ki, layihənin əsas məqsədi Beynəlxalq Ailə Günü münasibətilə tələbələri dinləmək, onların ailə dəyərləri ilə bağlı fikirlərini ictimai müzakirəyə çıxarmaqdır.

“Layihə çərçivəsində tələbələr auditoriyalarda müəllim qismində çıxış edir, Azərbaycanın milli düşüncəsində və milli kimliyində ailə dəyərlərinin rolundan bəhs edirlər. Eyni zamanda ailə dəyərləri psixoloji, sosioloji və teoloji aspektlərdən təhlil olunur”.

Rektor əlavə edib ki, tədbirlərə müəllimlərlə yanaşı, ölkənin tanınmış ziyalıları da dəvət edilir:

“Tələbələr onların qarşısında müxtəlif mövzularda mühazirələrlə çıxış edir, daha sonra isə mövzu ətrafında diskussiyalar və geniş müzakirələr aparılır. Bu gün təkcə Azərbaycanda deyil, dünyada da ənənəvi ailə dəyərləri yoxa çıxır. Layihənin əsas məqsədi Azərbaycanın milli ailə dəyərlərini gənclərə aşılamaqdır. Müasir dünyada ailə institutuna qarşı müxtəlif təhdidlərin mövcud olduğu, ənənəvi ailə modelinin müəyyən mənada funksionallığını itirdiyi bir dövrdə, milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır”.

Rektor həmçinin vurğulayıb ki, bu baxımdan layihə çərçivəsində gənclərə həm milli köklərinə sadiq qalan, həm də müasir dövrün çağırışlarını nəzərə alan Azərbaycan ailə modeli aşılanır:

“Ümid edirik ki, tələbələrin bu istiqamətdə hazırladığı mühazirələr və ortaya qoyduğu təşəbbüslər gələcəkdə yeni layihələrin formalaşmasına da töhfə verəcək”, - deyə A.Şirinov qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?